TÜSTÜ QAZLARI

sobalarda yanacaq yanarkən əmələ gələn qazabənzər məhsullar. Tam yanmadan alınan T.q.-nın əsas tərkib hissələri azot, karbon qazı, su buxarı, kükürd qazı (kükürd 4-oksid) və oksigen; qismən yanmada isə karbon 2-oksid, hidrogen və karbohidrogenlər olur.
TÜSTÜ
UCA DAĞ İQLİMİ
OBASTAN VİKİ
Parnik qazları
Parnik qazlar - Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiyasiyası buraxmağa qabildirlər. Yer səthinin orta temperaturu +15 ° təşkil edir, pamik effekti olmasa idi o ,(- 18°) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar da böyük rol oynayır. Əsas parnik qazları aşağıdakılardır: karbon 2 - oksid (CO2), azot oksidləri, xüsusilə NO2 metan (CH4) və troposfer ozonu (O3). Sonuncu yüz illərdə bu təbii qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor - flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir. Son 200 ildə , xüsusilə 1950 - ci ildən sonra , hazırda da davam edən insan fəailiyyəti atmosferdə pamik effektli qazların konsen- trasiyasmm artmasına səbəb olur.Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir.
Tüstü
Tüstü
Tüstü (dəqiqləşdirmə)
Tüstü
Tüstü (vergiqoyma)
Tüstü – yaşayış məntəqələrində yaşayan ailənin, evin sayını bildirmək üçün ölçü vahidi. Hər hansı kənddə, qəsəbədə yaşayan ailənin, evin sayını bildirmək üçün tustu sözündən istifadə edilmişdir. Hər evdə bir ocaq qalandığına görə, bir tüstü bir ev, bir ailə demək olmuşdur. Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 462.
Tüstü Eskadronu
Aerial Demonstration Squadron (port. Esquadrão de Demonstração Aérea)(azərb. Hava Nümayişi Eskadronu‎) başqa adıyla Smoke Squadron (port. Esquadrilha da Fumaça)(azərb. Tüstü Eskadronu‎) kimi tanınan, Braziliya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Hal-hazırda aviaşoular zamanı Embraer EMB 312 Tucano təyyarələrindən istifadə olunur. Komanda ilk ictimai uçuşunu 1952-ci il 14 may tarixində T-6 Texan təyyarələri ilə həyata keçirmişdir. Həmin təyyarələr 1968-ci ildə komanda yenidən qurulana qədər istifadə olunmuşdur. Komanda 1977-ci ildə ləğv olunmuş, 1983-cü ilin 8 dekabr tarixində isə yenidən qurulmuşdur. Həmin dövrdə T-25 Universal təyyarələrindən istifadə olunmağa başladı.
Tüstü bombası
Tüstü bombası, tüstü qumbarası, duman bombası, duman qumbarası, duman şaşkası kimi də tanınan tüstü şaşkası, siqnal vermək, hədəfləri yaxud eniş zonalarını müəyyənləşdirmək və ya təyin etmək, həmçinin də bölmələrin hərəkətində tüstü pərdəsi yaratmaq üçün istifadə olunan partladıqdan sonra tüstü yayan qumbara növüdür.
Tüstü siqnalı
Tüstü siqnalı uzun məsafəli rabitənin ən qədim formalarından biridir. Bu, uzaq məsafədə istifadə olunan vizual ünsiyyət formasıdır. Ümumiyyətlə, tüstü siqnalları xəbərləri ötürmək, təhlükə siqnalı vermək və ya insanları ümumi əraziyə toplamaq üçün istifadə olunur. Qədim Çində Böyük sədd boyunca əsgərlər bir-birlərini düşmən basqını barədə xəbərdar etmək üçün onun mayak qüllələrinə tüstü siqnalları göndərirdilər. Tüstünün rəngi hücum edən düşmən tərəfinin ölçüsünü bildirirdi. Mayak qüllələrini müntəzəm olaraq yerləşdirməklə və hər qüllədə bir əsgər yerləşdirməklə ismarıclar səddin bütün 7300 kilometrinə ötürülə bilərdi. Tüstü siqnalları həmçinin hücum barədə daxili qalaları xəbərdar edərək, müdafiə və qarnizonu dəstəkləyən qoşunları əlaqələndirməyə imkan verirdi. Qədim Şri-Lankada dağ zirvələrində yerləşən əsgərlər zirvədən zirvəyə işarə edərək bir-birlərini yaxınlaşan düşmən hücumu (ingilislər, hollandlar və ya portuqallar) barədə xəbərdar edirdilər. Bu yolla onlar bir neçə saat ərzində Krala mesaj ötürə bildilər. Tüstü siqnalından sui-istifadənin eramızdan əvvəl 8-ci əsrdə Qərbi Çjou sülaləsinin süqutuna səbəb olduğu məlumdur.
Tüstü testi
Smoke test (azərb. Tüstü testi‎) — proqram təminatının sınaqdan keçirilməsində: aşkar xətaları müəyyən etmək üçün minimal test toplusu. Tüstü testi, adətən, proqramçının özü tərəfindən aparılır; bu testdən keçməyən proqramı daha dərin testlənməyə vermək mənasızdır. Bu tipli ilk sınaqları soba ustaları aparmışlar; hazırladıqları sobanın bütün qapaqlarını tutur, sobanı qalayır və tüstünün yalnız lazım olan yerlərdən keçməsini müşahidə edirdilər. Terminin ikinci "doğuluşu" radioelektronikda baş verdi. İstehsalatdan gəlmiş radioelektron qurğunun birinci dəfə işə salınması çox qısa (saniyədən kiçik) zamanda yerinə yetirilir. Sonra mühəndis bütün mikrosxemlərə əllə toxunaraq, onların qızıb-qızmamasını yoxlayır. Bu saniyə ərzində çox qızmış mikrosxemdə kobud xətanın olması ehtimalı böyükdür. Əgər birinci sınaqda qızma aşkarlanmırsa, cihaz bu dəfə uzun müddət üçün işə salınır. Beləliklə, yoxlama bir neçə dəfə təkrarlanır.
Avatar: Aanq haqqında əfsanə — Tüstü və kölgə
Tüstü və kölgə (ing. Smoke and Shadow); tam adı Avatar: Aanq haqqında əfsanə — Tüstü və kölgə (ing. Avatar: The Last Airbender – Smoke and Shadow) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2015 və 2016-cı illərin arasında çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Yarıq komiksindən sonra baş verir.